Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bugünlərdə ölkə başçısı tərəfindən "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalanıb.
Fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
“Bakı Metropoliteni” QSC-nin "BakuBus" MMC ilə birləşdirilməsi hansı dəyişikliklərə gətirib çıxaracaq və əsas problemlərdən biri olan avtobusların hərəkət intervalının azaldılması ilə bağlı dəyişiklik olacaq?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən “Cebheinfo.az”-a bildirilib ki, sərnişin nəqliyyat sistemlərinin vahid infrastruktur kimi təkmilləşdirilməsi, koordinasiyalı fəaliyyəti, o cümlədən də hərəkət qrafikləri üzrə sərnişin axınının istiqamətlərinə uyğun tənzimlənməsi diqqətdə saxlanılacaq.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin