Avtobusların saat məhdudiyyəti ARADAN QALDIRILDI

22.02.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda qeyd olunub ki, ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır:

“AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Onu da qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər. Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью