Avtobusu dayanacaqdan kənar SAXLAMAĞIN NƏTİCƏSİ: Gənc xanımı başqa avtobus vurdu VİDEO | I…
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Avtobusu dayanacaqdan kənarda saxlayan sürücü az qala sərnişinin ölümünə səbəb ola
Avtosfer.az xəbər verir ki, Meksikada baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Kadrlarda sərnişin avtobusunun dayanacaqdan kənarda saxladığı və arxa qapıdan gənc bir xanımın düşdüyü görülür.
Videoda həmin anda başqa bir avtobusun dayanacağa daxil olmaq istəyərkən xanım sərnişini vurduğu və zərbənin təsirindən onun asfalta yıxıldığı da əks olunub.
Qəzadan sonra gənc xanım digər sərnişinlərin köməkliyi ilə yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Hadisədən sonra bir neçə sərnişin və qəza törədən sürücü arasında gərginlik də yaşanıb.
Yerli medianın məlumatına görə, haidsə nəticəsində gənc xanım yüngül sıyrıqlar alıb. Sürücü barəsində isə polis araşdırma aparır.
Namiq Musayev Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu