Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda avtobus zolağına çıxan sürücü kamera vasitəsilə məsuliyyətə cəlb edilib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Dənizkənarı yolunda qeydə alınıb. Belə ki, 99-NZ-063 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü avtobusun arxasında gizlənərək cərimədən yayınmağa çalışıb. Lakin ayırıcı zolağın üzərində yerləşən kamera həmin avtomobili fiksasiya edərək elektron qərar tərtib edib.
Sürücülərə tövsiyə edirik ki, bu cür qayda pozuntularına yol verməsinlər. Əks halda digər kameralar vasitəsilə məsuliyyətə cəlb edilə bilərlər.
Fərid