Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"20 Yanvar" metrostansiyasını Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun pəncərəsi sınıb.
Bununla bağlı sərnişinlərdən biri Lent.az-a görüntülər göndərib.
Sərnişinin sözlərinə görə, buna görə də insanlar şüşəsi sınıq pəncərə tərəfdəki oturacaqda əyləşməkdən çəkinirlər. Avtobus sürətlə hərəkət etdikdə isə şüşənin zədələnmiş hissəsi tərpənərək sərnişinlər üçün təhlükə yaradır.
Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq.
Şirkətdən Lent.az-a bildirildi ki, sözügedən nöqsan artıq aradan qaldırılıb.