Avtobusun vurduğu qadın xəstəxanada öldü

05.07.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.

Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadının həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью