Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avtomobil sahibləri mühərrikdə yaranan kiçik səs-küyləri və nasazlıqları laqeyd yanaşmamalıdır.
AzPost xəbər verir ki, avtoekspert Konstantin Erşov “Rossiyskaya Gazeta”ya verdiyi açıqlamada mühərrikdə ciddi problemlərin hansı əlamətlərlə ortaya çıxa biləcəyini izah edib.
Ekspertin sözlərinə görə, hər mühərrikin işə düşməsi detal və hissələrə yük verir, yüksək temperatur və təzyiq altında metal sürtünməyə məruz qalır.
Bu proses pistonlar, silindrlər, klapanlar və digər elementlərin tədricən sıradan çıxmasına səbəb olur.
Nəticədə motorun gücü azalır, yanacaq və yağ sərfiyyatı artır, işə düşmə çətinləşir və sürətlənmə zəifləyir.
Erşov diqqət çəkir ki, mühərrikin vaxtından əvvəl sıradan çıxmasının əsas səbəbləri aşağı keyfiyyətli yanacaq və uyğunsuz yağdır.
Həmçinin, periodik baxımın edilməməsi yağın keyfiyyətini pisləşdirir, detalların səthini zədələyir, yayda mühərrikin həddindən artıq qızması və qışda düzgün qızdırılmaması vəziyyəti daha da ağırlaşdırır.