Avtomobil 13 yaşlı qızı vurub öldürdü

05.11.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Dünən Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb.

Əbdürəhman Natiq oğlu Rəhimov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 2012-ci il təvəllüdlü Banu Zahid qızı Qədəşovanı vurub. O aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью