Avtomobil 49 yaşlı kişini vuraraq öldürdü

01.01.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.

Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью