Avtomobil ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu Video

19.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bərquşad yolunun Cəyirli kəndindən keçən hissəsində “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью