Avtomobil ağaca ÇIRPILDI yaralılar var

12.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Göygöl rayonunda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 2003-cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Vəziyyətlər kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью