Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək.
Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb.
Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.
Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur.
İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s.
Bu isə bəzi avtomobillərin, xüsusilə də mühərrik həcmi 2 000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.
Tam oxu
Xəbəri oxu