Avtomobil atı vurdu, sonra kanala düşdü

10.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
22 yaşlı Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub.
Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası sürücüyə tibbi yardım göstərib.
 

Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью