Avtomobil azarkeşlərə çırpıldı

08.05.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Parisdə minik avtomobili azarkeşlərə çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gecə, Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutan PSJ - "Arsenal" matçından sonra baş verib.

PSJ-nin finala çıxmasını qeyd edən 9 minə yaxın azarkeş Yelisey sarayına doğru istiqamətlənib. Hadisə də həmin ərazidə baş verib.

Bir neçə azarkeş ciddi xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, baş verənlərdən qeyzlənın azarkeşlər avtomobili yandırıblar.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью