Avtomobil bazarı: Ucuzlaşma davam edəcək? | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. 2025-ci ilin ilk rübünə əsasən, bəzi avtomobil modellərində bahalaşma müşahidə ol
Lakin avtosalonlarda tamamilə əks-tendensiya özünü göstərir.
Yayılan məlumata əsasən, hazırda avtosalonlarda maşınlarının əksəriyyətində gözəçarpan ucuzlaşma var.
Onlayn satış saytlarında avtosalonların avtomobil elanlarının sayı xeyli artıb.
Bununla paralel olaraq, “Kia”, “Hyundai”, “Toyota” və bu kimi məşhur markaların bir çox modellərində ciddi ucuzlaşma müşahidə olunmaqdadır.
Realtorlar və satıcılar bunu müxtəlif səbəblərlə əlaqələndirir.
Xarici ölkələrdə təşkil edilən hərraclardan sifariş olunan maşınların sayının artması, elektromobil və hibridlərə tələbatın yüksəlməsi avtosalonları qiymətləri endirməyə vadar edir.
Avtosalonların bir çoxu, maşınları müxtəlif kampaniyalar, ya da yüksək güzəştli kredit variantları ilə təklif edir.
Tam oxu
Xəbəri oxu