Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Süni qiymət artımı günümüzün acı reallığıdır.
Mütəmadi olaraq hansısa məhsulun, malın qiymətində artım müşahidə edirik.
Təbii ki, qiymət artımlarının çox zaman heç bir iqtisadi əsaslandırması olmur.Ən pisi də odur ki, qiymət artımı daha çox psixoloji amillə bağlı olur.
Məsələn, elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri 2026-cı ilin 1 yanvarından ləğv olunacaq.
Lakin bu qərar müzakirəyə çıxarılandan dərhal sonra Çindən gətirilən avtomobillərin qiymətində 10-15 faiz bahalaşma oldu.Ekspertlərin fikrincə, ilin sonuna qədər sözügedən avtomobillərin qiyməti 25-30 faizə qədər yüksələcək.Maraqlıdır ki, vergi güzəştləri qüvvədə olduğu bir zamanda bu qədər qiymət artımı necə baş verə bilir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bizdə qiymət artımları çox zaman subyektiv amillərlə bağlı olur:“Dekabr ayının 31-dək ölkəmizə gətirilən elektrik və hibrid avtomobillər ƏDV-dən azaddır.
Bu da o deməkdir ki, güzəştlər hələ qüvvədədir. Bu səbəbdən güzəşt müddətinin başa çatmamış qiymətlərin artırılması qanusuzluqdur, sui-istif
Çünki avtomobillər 5 ay əvvəl hansı qiymətlə ölkəmizə gətirilirdisə, bu gün də həmin qiymətlərlə idxal olunur.