Avtomobil bazarında qiymətlər necədir?

23.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Oktyabr ayında Azərbaycanın avtomobil bazarında yenidən qiymət artımı qeydə alınıb.

Axar.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) İqtisadiyyat.az-a bildirilib ki, elektriklə işləyən və hibrid avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır.

Xüsusən Çindən idxal edilən elektrik avtomobillərinin qiymətində artım müşahidə olunub. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır. Həmin avtomobillərin qiyməti 5.8 faiz yüksəlib.

Eyni zamanda, Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti 2.3 faiz yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью