Avtomobil Beyləqanın giriş qapısına çırpıldı

18.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, darəetmədən çıxan “Mersedes” markalı minik maşını rayonun simvolik giriş qapısına çırpılıb.

Hadisə Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı sakini Rzazadə Ülvi Üzeyir oğlu, və 1998-ci il təvəllüdlü Beyləqan sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью