Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Mollaoba kəndində “VAZ-2101” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı hasara və ddəmir darvazaya çırpılıb.
Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.