Avtomobil dayanacağa ÇIRPILDI: 4 nəfər xəsarət alıb FOTO

19.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin paytaxtı Ankarada avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Çankaya rayonu Fakülteler məhəlləsində baş verib.

Məlumata görə, Səməd Gürün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq avtobus dayanacağına çırpılıb.

Qəza zamanı avtobus dayanacağında gözləyən Merve Kilitçağı, Yunus Kayaalp, Kardelen Keser və Furkan Kaplan xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan 112 Təcili Tibbi Yardım qrupları tərəfindən ətrafdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью