Avtomobil dördüncü mərtəbədən yerə düşdü VİDEO

31.03.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Moskvada avtomobil dördüncü mərtəbədən yerə düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı bildirib.

Hadisə Krılatskaya küçəsində baş verib.

Telegram kanalının məlumatına görə, “Volkswagen” markalı avtomobil dayanacağın dördüncü mərtəbəsində olsa da, bir anda yıxılıb. Nəticədə avtomobilin sürücüsü həlak olub.

Hadisə yerindən çəkilmiş kadrlardan görünür ki, nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb. Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью