Avtomobil gəlinlik mağazasına çırpılıb VİDEO

22.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ordunun Fatsa rayonunda yolda piyadanı vurmamaq üçün manevr edən avtomobil sürücüsü gəlinlik mağazasına daxil olub.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, qəzada xəsarət alan olmasa da, həmin anlar təhlükəsizlik kameralarına düşüb. Qəza, saat 05:15 radələrində Mustafa Kamal Paşa Mahallesi üzərində meydana gəldi. Əldə edilən məlumata görə, Yiğitcan Qorxmazın idarə etdiyi 55 BS 478 dövlət nömrə nişanlı avtomobil qarşısına piyada çıxdığı üçün sürücünün manevri nəticəsində idarəetmədən çıxıb.

Maşın bir qədər sürünərək küçədəki gəlinlik dükanına dəyib, daha sonra sürüşərək yola düşüb.

Qəzada xəsarət alan olmasa da, iş yerinə maddi ziyan dəyib.

(son.xeber)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью