Avtomobil gətirmək adı ilə 30 dan çox vətəndaşı aldatdılar 140 min manat … VİDEO

03.04.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "İnstagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb. Avtosfer.az-ın məlumatına görə, "Kharabağ International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmdalizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.  Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında  hallan şəxslərlə əlaqə saxladıq.  Onlardan Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.

 DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.

O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar.

Daha ətaraflı videomaterialda.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью