Avtomobil hasara çırpıldı Ölən və xəsarət alan var

12.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Gecə saatlarında Salyanda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 01:40 radələrində 1996-cı il təvəllüdlü Məlikzadə Seymur Rafiq oğlu “Renault Megan” markalı avtomobil rayonun Xalac kəndində hasara çırpılıb.

İdarəetmədən çıxaraq daş hasara çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Rəhmanov Şəhriyar Tofiq oğlu isə xəsarət alaraq Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью