Avtomobil idxalı 40% azaldı: Maşınlar bahalaşacaq? KONKRET

17.06.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ölkəyə idxal edilən minik avtomobillərinin sayında əhəmiyyətli azalma qeydə alınıb. Bu göstərici ötən dövrlə müqayisədə təxminən 40 faiz aşağı düşüb.

KONKRET.az xəbər verir ki, Eyyub Əliyev bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri ötən ilin son aylarında qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərdən əvvəl avtomobil bazarında yaranmış yüksək tələbat və həddindən artıq tədarük olub.

Onun sözlərinə görə, avtomobil idxalının azalmasına təsir edən digər amillərdən biri də taksi fəaliyyəti ilə bağlı tətbiq olunan məhdudiyyətlər və bu sahədə müəyyən edilmiş say limitidir.

Bəs bu azalma bahalaşmaya səbəb ola bilər?

Məsələ ilə bağlı ekspert qeyd edib ki, hazırkı dövrdə bazarda bahalaşma gözlənilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью