Avtomobil iki hissəyə bölündü, sürücü öldü FORO/VİDEO

31.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən qəzada avtomobil iki hissəyə bölünüb.

Publika.az xəbər verir ki, hadisə saat 15 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu Qaratoğay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rəşad Rəhimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil işıq dirəyinə çırpılaraq iki yerə bölünüb. Hadisə nəticəsində sürücü ölüb. Xəsarət alan sərnişin Sahib Baxışlı isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, ona təcili tibbi yardım göstərilidikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью