Avtomobil ikiyə bölündü: sürücü öldü FOTO

22.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Balıkəsir bölgəsində səhər saatlarında baş verən dəhşətli yol qəzası zamanı avtomobil ikiyə bölünüb, 26 yaşlı sürücü yerindəcə həyatını itirib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Balıkəsir-Manisa avtomobil yolunda baş verib.

Manisadan Balıkəsirə gedən 4 avtomobilin sürücüsü Oğuzhan Çelik idarəetməni itirib və avtomobili ağaca çırpıb. Güclü zərbə nəticəsində avtomobil iki hissəyə bölünüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Lalə, BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью