Avtomobil işçi maşını ilə TOQQUŞDU Yaralılar var

17.01.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə avtomobil ilə fəhlə servisi toqquşub. 

News24.az xəbər verir ki, maşın servisə avtobusuna arxadan çırpılıb. Zərbənin təsirindən fəhlələrin servisi yan üstə düşüb.

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə çox sayda xilasetmə, jandarma və sağlamlıq qrupları sövq edilib.

Qəzada 1-i ağır olmaqla ümumi 28 nəfər yaralanıb. Qeyd edək ki, yaralılar xəstəxanaya çatdırılıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью