Avtomobil izdihama çırpıldı 11 yaralı

30.04.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Danimarkanın TV-2 telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью