Avtomobil kanala düşdü: İçindəkilər hamısı öldü

13.07.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.

Bakupost.az xəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb.

Rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan QAZ-31 markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью