Avtomobil kondisionerlərinin gözlənilməz təhlükəsi

16.06.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı allerqoloq-immunoloq Yelena Moskayeva sürücüləri avtomobil kondisionerinin yarada biləcəyi gözlənilməz təhlükə barədə xəbərdar edib.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, kondisioner sistemində allergiyaya səbəb ola bilən müxtəlif maddələr toplana bilər. Bunlara kif göbələklərinin mikroskopik hissəcikləri, toz gənələri və bitki tozcuqları daxildir.

Y.Moskayevanın bildirdiyinə görə, təhlükə ondadır ki, kondisioner işə salındıqda bu hissəciklər havaya qarışaraq insanın tənəffüs yollarına daxil ola bilər.

Mütəxəssislər kondisionerdə allergenlərin yığılmasının qarşısını almaq üçün üç əsas əlamətə diqqət yetirməyi tövsiyə edirlər:

Kondisioner işə salındıqdan sonra bir neçə saniyə ərzində xoşagəlməz qoxunun hiss olunması;

Hava axınının zəifləməsi;

Ventilyasiya işlək vəziyyətdə olsa belə, avtomobil şüşələrinin əvvəlkindən daha tez buxarlanması.

Qeyd olunur ki, bu əlamətlərdən hər hansı birinin olması mütləq kondisionerin nasaz olduğunu göstərmir. Lakin belə hallarda sistemin yoxlanılması və təmizlənməsi tövsiyə olunur.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью