Avtomobil körpüdən aşdı Üç nəfər xəsarət aldı

17.03.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Lerik rayon sakininin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili idarəetməni itirərək, körpüdən aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью