Avtomobil kreditləri bahalaşdı Yeni rəsmi faiz dərəcələri

29.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu il iyunun 30-na Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 % təşkil edib.
Bizim.Media bu barədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu da ötən ilin sonundakı göstəricidən 1 faiz bəndi yüksəkdir.
Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi iyunun sonuna 18 % (2025-ci ilin sonundakı göstəriciyə uyğundur) təşkil edib.
Eyni zamanda, I yarımildə məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 26 % səviyyəsində qalıb.
 

Yanvar-iyun aylarında kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 27 % təşkil edib.


Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi iyunun sonuna 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1 faiz bəndi azalaraq 21 % olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью