Avtomobil mal qaranı vuraraq, aşdı: Yaralılar var

21.06.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью