Publika.az saytına istinadən Icma.az xəbər verir.
Çinin Çande şəhərində məktəbin girişində avtomobil uşaqlardan ibarət böyük izdihama çırpılıb. Çoxlu sayda yaralı var.
Publika.az xəbər verir ki, məlumatı Çin mətbuatı yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Qurbanların sayı müəyyənləşdirilir.
Qəza törədən avtomobilin sürücüsünü hadisə yerində şagirdlərin valideynləri və məktəbin təhlükəsizlik işçiləri yaxalayıb. Sürücünün hansı səbəbdən belə addım atdığı məlum deyil.
Adəm Abbaslı