Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20.11.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qanun qüvvəyə minib.

Yeni qaydalara əsasən, dövlət qeydiyyat nişanlarında tətbiq olunan “mikroçip” elektron elementi, eləcə də rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib.

Aparılan dəyişikliklərə əsasən sürücülər bu məsələyə görə inzibati məsuliyyətə cəlb edilməyəcək. Yeni tələblərə əsasən, nömrə nişanları daha sadə və vahid formada hazırlanacaq. /Ajans.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью