Avtomobil parkda zədələndi? Sığorta və kasko necə işləyir

04.02.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

"Avtomobil yol kənarı parkda və ya açıq parklanma yerlərində dayanarkən zərər görərsə, ödəniş qaydaları vəziyyətə görə dəyişir. Əgər avtomobil Azparking və ya digər təşkilat tərəfindən idarə olunan yol kənarı parkda dayanıbsa və başqa bir avtomobil ona zərər vurubsa, bu qəza halı kimi qiymətləndirilir. Belə vəziyyətdə zərərin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Hadisə baş vermədən avtomobil təsadüfi şəkildə zədələnibsə, məsələ fərqli yanaşma tələb edir: əgər avtomobilin kaskosu varsa, zərər kasko sığortası ilə ödənilir, lakin kasko yoxdursa, zərəri avtomobilin sahibi ödəyir".

Tərkibində qızıl var imiş - Azərbaycanda da hamıda var - FOTO

Avtosfer.az xəbər verir ki, bunu Big.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

O, qeyd edib ki, açıq parklanma yerlərində isə avtomobilin qorunması və ona dəyən zərərin ödənilməsi əsasən təmin olunmur. Belə hallarda ilk növbədə zərər verən şəxs müəyyənləşdirilir və ödənişi məhz həmin şəxs həyata keçirir. Yəni açıq parklarda məsuliyyət birbaşa zərər verən tərəfə aiddir:

"Qapalı parklanmalarda vəziyyət bir qədər fərqlidir. Avtomobili uzun müddət saxlamaq üçün qapalı qaraj və ya parklanma ilə müqavilə imzalanır. Bu müqavilədə məsuliyyət və ödəniş qaydaları dəqiq göstərilir: ödənişi həyata keçirəcək tərəf, avtomobilin qorunması ilə bağlı öhdəliklər və digər şərtlər müqavilə çərçivəsində tənzimlənir. Beləliklə, qapalı parklarda zərərin ödənilməsi və məsuliyyət məsələsi həm sürücü, həm də parkı təşkil edən tərəf üçün aydın şəkildə müəyyən edilir.

Qısaca desək: açıq parklanmalarda avtomobilin zədələnməsi halları daha çox sürücünün məsuliyyətinə düşür, qapalı parklanmalarda isə ödəniş və məsuliyyət müqavilə ilə müəyyən edilir. Sığorta və kasko fərqləri isə qəza və təsadüfi zərərin ödənilməsi baxımından əsas rol oynayır. Bu qaydaların bilinməsi sürücülər üçün vacibdir, çünki avtomobilin qorunması və zərərin ödənilməsi hallarında həm hüquqi, həm də maliyyə baxımından düzgün addım atmaq üçün əsasdır".

Oxunub 160

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью