Avtomobil piyada keçidində qadını vurdu | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Günel Firuz qızı İsmayılova piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Xəsarət alan G.İsmayılova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.
Sürücü məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu