Avtomobil qaçıran şəxslər ələ keçdi

02.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən "Mercedes" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən "VAZ-2106" markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью