Avtomobil qaz xəttini yararsız hala salıb, qaz təchizatında fasilə yaranıb

14.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala salınıb.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, nəticədə dekabrın 14-də saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью