Avtomobil qəzası nəqliyyatın hərəkətini iflic etdi

29.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvada, Susçevski Val küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəqliyyatın hərəkətini çətinləşdirib. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Depttrans. Operativno” Telegram kanalında məlumat verilib.

“Məlumata görə, Susçevski Val küçəsində 62 nömrəli binanın yaxınlığında, ikinci zolaqda qəza baş verib. Hadisə yerində şəhərin operativ xidmətləri işləyir. Hadisənin təfərrüatları və xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir”, – deyə məlumatda qeyd olunub.

Mənbənin verdiyi məlumata əsasən, qəza nəticəsində 2 kilometr uzunluğunda avtomobil sıxlığı yaranıb. Moskva Nəqliyyat Departamenti sürücülərə alternativ yolları seçməyi tövsiyə edib.(news24.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью