Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
İraqın Kərkük şəhərində zəncirvari yol qəzası baş verib.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, 40-a yaxın nəqliyyat vasitəsinin toqquşması nəticədə 7 nəfər həlak olub, 23 adam xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Bədbəxt hadisə ilə əlaqədar Kərkükdə 1 günlük matəm elan edilib. Qəza səbəbindən yol müvəqqəti olaraq bağlanıb.
Vüqar