Avtomobil qəzasında komaya düşən yeniyetmə altı ay sonra vəfat etdi

25.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Altı ay bundan öncə Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" avtomobilində idarəetməni itirib, yol kənarındakı işıq dirəyinə çırpılıb və sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью