Avtomobil səkidə piyadaları vurdu 3 ölü, 3 yaralı VİDEO

03.02.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Avtomobil səkidə bir neçə piyadanı vurub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib. Məlumata görə, Akdeniz rayonu ərazisində hərəkətdə olan 33-ATE-039 nömrə nişanlı avtomobil yük maşınını ötmək istəyərkən idarəetmədən çıxıb və iki yol arasındakı səkidə gözləyən bir neçə piyadaya çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıblar. Onların müalicəsi davam etdirilir.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

Oxunub 10

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью