Avtomobil sektorunda daha bir ANTİREKORD

08.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü il avtomobil sektorunda növbəti antirekord qeydə alınıb. Söhbət geri çağırılan avtomobil sayından gedir. 

Avtosfer.az xəbər verir ki, 2024-cü ildə dünyanın 10 ən böyük avtomobil istehsalçısı azı 25 milyon maşını geri çağırıb. Bunların arasında ilk yerdə Tesla dayanır. Ilon Maskın şirkəti 5 milyondan çox maşını servisə geri qaytarıb. Şirkət ötən il 15 geri çağırma kampaniyası keçirib. 
İkinci yeri isə il ərzində 72 kampaniya ilə 4,8 milyon maşını geri çağıran Stellantis qrupu gəlir.
Siyahıda üçüncü yerdə dayanan Ford il ərzində 67 kampaniya ilə 4,7 milyon maşını geri çağırıb.
Bundan başqa Honda, BMW və General Motors da çağırılan avtomobil sayına görə ilk onluqda yer alır. Toyota və Hyundai da ilk onluqda yer alsa da, çağırılan maşın sayı ciddi şəkildə azalıb.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью