Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avtomobil sənayesi avqust ayında ən çox ixraca malik sektor olaraq qeydə alınıb və 2,791 milyard dollara çatıb.
Türkiyə İxracatçılar Şurasının (TİM) məlumatlarına görə, avtomobil sənayesi avqust ayında 2,791 milyard dollarlıq ixracla sənaye qrupu sektorları arasında birinci yerini qoruyub saxlayıb. Ən çox ixraca malik sektorlar arasında kimya və kimya məhsulları 2,697 milyard dollarla ikinci, elektrik və elektronika sektoru isə 1,725 milyard dollarla üçüncü yerdədir.
Avqust ayında ixracda ən yüksək faiz artımına nail olan sektor 174,7 faizlə zərgərlik məhsulları olub.
Türkiyə ixracatının 71,3 faizini təşkil edən sənaye sektorunun xarici satışları avqust ayında 9,1 faiz artaraq 16,7 milyard dollara çatıb.
Ötən ay ixracın 12 faizini təşkil edən kənd təsərrüfatı sektoru 4,3 faiz artım göstərərək 2,8 milyard dollara, ixracın 2,8 faizini təşkil edən mədənçilik sektoru isə 24,4 faiz artım göstərərək 650,4 milyon dollara çatıb.
Ötən ay ən çox ixrac edilən üç ölkə təxminən 1,6 milyard dollarla Almaniya, 1,4 milyard dollarla ABŞ və 1,1 milyard dollarla Birləşmiş Krallıq olub. Bu dövrdə ən çox ixrac edilən üç şəhər 8,8 milyard dollarla İstanbul, 1,7 milyard dollarla Kocaeli və 1,3 milyard dollarla Ankara olub.
Türkiyə İxracatçılar Şurasının (TİM) prezidenti Mustafa Gültəpə ötən ay 874 şirkətin ilk dəfə ixrac etdiyini və onların ixraca verdiyi töhfənin 83 milyon dollara yaxınlaşdığını açıqlayıb.
M.MİRZƏ
XQ