Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda avtomobil yığımı ilə məşğul olan şirkətlərə 6 illik ƏDV güzəşti təklif olunur.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Bildirilir ki, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının - 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Qeyd olunur ki, ölkə ərazisində minik avtomobillərinin yerli istehsalının təşviqi, yerli istehsalın dərinləşdirilməsi, texnoloji əməliyyatların ölkə daxilində həyata keçirilməsi və əlavə dəyərin formalaşması məqsədilə Vergi Məcəlləsinə 164.1.41-6-cü maddəsinin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən təsdiq ediləcək siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının - 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bu yanaşma idxal prosedurlarının sadələşdirilməsinə, istehsal zəncirinin fasiləsizliyinin təmin olunmasına və sənaye yığımı prosesinin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Təklif olunan dəyişikliyin qəbul olunması ölkədə avtomobil sənayesinə birbaşa investisiyaların cəlb edilməsi üçün daha effektiv hüquqi-iqtisadi çərçivə formalaşdıracaq. Eyni zamanda, bu addım istehsalın lokallaşdırılmasına, texnoloji transferin genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli dərəcədə təkan verəcək.