Avtomobil süpürgəçini vurub öldürdü

06.11.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhər Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ziya Bünyadov prospektində minik avtomobili kommunal idarənin süpürgəçisi olan qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb: “Noyabrın 6-sı saat 09:25 radələrində paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Wolkswagen” markalı avtomobillə piyada 55 yaşlı E.İrzayevanı vurub. Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri nəticəsində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью