Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qadın ixtiraçıların yaddaqalan kəşflərindən biri avtomobil şüşəsilənləridir.
Avtosfer.az xəbər verir ki, amerikalı Meri Anderson 1902-ci ildə belə bir hadisə ilə rastlaşır: tramvay maşinisti yağışlı havada addımbaşı dayanaraq şüşəni silir. O həm islanır, həm də tramvay gecikir. Başqa sürücülərin də vəziyyəti fərqli deyil.
Xanım Andersonu fikir götürür və o, məsələ ilə məşçğul olur və 1 il sonra mexaniki şüşətəmizləyəni patentləşdirir. Lakin, ixtira avtomobil istehsalçılarında maraq doğurmur.
30-cu illərdə avtomobil sənayesi bu vacib detalın kütləvi tətbiqinə başlayır. Artıq o zaman patentin müddəti keçmişdi və Anderson ixtirasına görə bir sent belə pul ala bilmir.
30-ci illərdə şüşətəmizləyənlər pnevmatik sistemlə işləyirdi və sürəti tənzimləmək çətin idi. 50-ci illərdə bütün qabaqcıl istehsalçılar elektrik intiqalına keçdi. 60-cı illərin Azərbaycan filmlərinıə baxsanız köhnə QAZ avtomobillərində mexaniki şüşəsiləni görə bilərsiniz.
Bu gün də şüşəsilənlər elektrik intiqalı ilə işləyir, lakin yağış sensoru ilə təchiz edilmiş modellərdə çox vaxt sürücünün müdaxiləsinə ehtiyac qalmır. Xanım Andersonun ixtirası müasir avtomobillərin passiv təhlükəsizlik sisteminin vacib detalıdır.
Vüqar