Avtomobil təmiri sexi və orada olan avtomobil yandı

21.02.2026

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balakəndə avtomobil təmiri sexi və orada olan avtomobil yanıb.

 "Unikal" xəbər verir ki, Balakən rayon Şambul kəndi ərazisində yerləşən, 1988-ci il təvəllüdlü Əhmədlov İslam Ziyavəddin oğluna məxsus avtotəmir sexində yanğın baş verib. Əraziyə Balakən rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 40 k/m olan avtotəmir sexinin  18 k/m tavan hissəsi və sexdə olan  1985-ci il təvəllüdlü Hudulov Hudul Məhəmməd oğluna məxsus  "VAZ-21124" markalı 10-OE-799 dövlət qeydiyyat nişanlı avtomobil  yanıb.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью